Zakir Həsənov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşdü

Siyasət

06 Mart 2024 19:41 628


Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!