Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşdü

Siyasət

02 Avqust 2025 15:11 368


Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkədə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin daim uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların mnütəzəm diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin iki ölkə arasında mövcud dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub. pizza hut

Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın qədim və müasir memarlığının ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanları ziyarət edərək ölkənin şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!