Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Şuşa şəhərində baxış keçiriblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhərində baxış keçiriblər", - paylaşımda bildirilib. pizza
Telegram kanalımız