Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi 

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi 

Rəsmi

04 İyun 2024 15:34 919


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı ünvanlayıb. 

Müdafiə Nazirliyindən Yenisabah.az-a bildirilib ki, başsağlığında deyilir:

"Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi.  Dördpendirli pizza

Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik. 

Ruhları şad, xatirələri əziz olsun. 

Allah rəhmət eləsin". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!