Zakir Qaralov 5 min manat pensiya alır

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov 5 min manat pensiya alır

Sosial

02 Fevral 2023 16:33 1176


Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun aldığı pensiya məbləği bəlli olub.

Bu barədə Gununsesi.info-nun araşdırmazı zamanı bəlli olub ki,  Zakir Qaralov 5000 manata yaxın pensiya alır. Məlumatda o da deyilir ki, Zakir Qaralov hələ baş prokuror çalışdığı son illərdə də maaşla bərabər pensiya alırmış.

Bildirilir ki, Zakir Qaralov özü pensiyaya çıxandan sonra prokurorluq işçilərinin pensiya üçün yaş həddinin artırılmasına nail olub. O zaman bu narazılıqla qarşılansa da heç kəs Baş Prokurora qarşı çıxa bilməyib. Sezar pizza

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıblı Gununsesi.info-ya açıqlamasında Zakir Qaralovun pensiya məbləği barədə danışmdaqdan imtina edib. O, bildirib ki, pensiya məbləği  şəxs haqqında fərdi məlumatlar sırasına daxil edildiyindən bu barədə onun özü tərəfindən, yaxud da müvafiq məhkəmə sorğusu ilə açıqlama verilə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da 6 min manat pensiya alması barədə xəbər vermişdik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!