Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb?

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb?

Sosial

20 İyun 2022 09:59 1142


“Zaqatala rayonunda itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir: Pepperoni pizza

“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb”.

Gürcü mənbələrindən isə bildiriblər ki, sosial şəbəkələrdə yayılan şəkildəki hadisə bu ilin fevral ayında Gürcüstanın Raça bölgəsinin Oni meşəsində baş verib. Belə ki, ovçular bir ayını öldürüblər, bu zaman zağadan çıxan digər ayı onlara hücum edib. Vəhşi heyvan ərazidən qaça bilməyən ovçulardan birini öldürüb və bir ayağını yeyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!