Zaqatalada leysan və dolu fəsadlar törətdi - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada leysan və dolu fəsadlar törətdi - FOTOLAR 

Sosial

07 Sentyabr 2023 10:22 387


Zaqatalaya yağan leysan və dolu fəsadlar törədib. 

Yenisabah.az xəbər verir ki, səhər saatlarından rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürür, əsasən rayonun dağlıq əraziləri və ona yaxın yaşayış məntəqələrində yağış yağıb. 

Küləklə müşayiət olunan leysan sonradan doluya çevrilib. Dolu əsasən rayonun Mazıx və Yuxarı Tala kəndlərinə, qismən də Car kəndinə düşüb. Dolu meyvə ağaclarına ziyan vurub, bəzi evlərin həyətlərini sel suları basıb, elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.  pizza mizza

Mazıx kənd sakinlərinin sözlərinə görə, dolu kənddə bir neçə evin dam örtüyünə zərər vurub. Həmçinin həyətlərdəki avtomobillər də doludan zədələnib. 

Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, eləcə də müvafiq təşkilatların əməkdaşları adıçəkilən kəndlərdə fəsadların aradan qaldırılmasına və dəymiş ziyanın hesablanmasına cəlb edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!