Zarafat deyil, 40 yaşı tamam oldu: “Xatırlamağa başlamışam”

saytların hazırlanması

Evə çatdırılma

Zarafat deyil, 40 yaşı tamam oldu: “Xatırlamağa başlamışam”

Şou

26 Oktyabr 2025 13:37 7207


Günel Zeynalovanın 40 yaşı tamam olub.

Yenisabah.az xəbər verir ki, bu barədə özü instaqramda paylaşım edib.

O, fotosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb: pizza

“Duyğular dəyişə bilərmiş, öyrəndim. İnsan da dəyişə bilərmiş, bunu da öyrəndim. Bəzən səhvlər, doğruları gətirərmiş – bunu da anladım. Ailənin dəyəri uşaqkən bilinməsə də, indi o dəyəri qəlbimin ən dərinində hiss edirəm, şükür edirəm.

Yaşadığım hər gözəl ana, aldığım hər nəfəsə, işığıma, səsimə, istedadlarıma... və ruhuma – məni özümə xatırlatdığı üçün – minnətdaram. Keçmişi bağışladım. Artıq gələcək üçün tələsmirəm; çünki bilirəm, hər şey doğru zamanda gəlir. Artıq yalnız ruhuma yaxşı gələnlərlə yol gedirəm. Gedənlərə də təşəkkür edirəm, çünki onlar da məni özümə qaytardılar.

Bu il ruhumu eşitdim. Cavablar aldım, sükutda anlam tapdım. Oyanmışam... və xatırlamağa başlamışam. Bu il mən çox gözəlləşdim. İşığımla parlayıram və çox gülümsəyirəm. Əvvəllər arzu edirdim; indi isə şükür edirəm. Artıq kainatdan istəmirəm, çünki mən onsuz da kainatın cavabıyam. Hər sükutda bir mesaj, hər göz yaşında bir yenidən doğuş vardı. İndi daha sadə, amma daha dərinam. Zamanı qovmuram artıq; onunla rəqs edirəm. Bu il bayram yoxdur – yalnız təşəkkür var. Özümə, dözümlülüyümə, zərifliyimə...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!