Zaur Baxşəliyev Azərbaycandan gedir? – Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zaur Baxşəliyev Azərbaycandan gedir? – Özü açıqladı

Şou

10 Yanvar 2024 09:59 2672


Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölkəyə köçəcəyi haqqında yayılan xəbərlərə münasibət bildirib.

“Yeni Sabah” Teleqraf.com-a istinadla xəbər verir ki, Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində bu sözləri deyib:

"Haqqımızda hər gün nəsə yazırlar. Gah verilişimi açırlar, gah bağlayırlar, gah xaricə göndərirlər, yenidən Azərbaycana qaytarırlar. Hava limanında tıxaca salırlar. Özləri müsahibə verirlər, özləri cavablandırırlar. Çox qəribə bir ab-havanın içindəyik. Olsun. Buradan hamıya keçmiş olsun deyirəm". pizza hut

Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də "Zaurla günaydın" və "Bizimləsən" verilişinin aparıcısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!