Zaur Hüseynov Tağı Əhmədova rəhmət oxutdurur

saytların hazırlanması

Evə çatdırılma

Zaur Hüseynov Tağı Əhmədova rəhmət oxutdurur

Sosial

05 Oktyabr 2021 10:44 1350


Bu gün metronun “İnşaatçılar” stansiyasında qatarlararası interval 9 dəqiqəyədək artıb. Modern.az-ın 08:30 radələrində stansiyada olan əməkdaşının verdiyi xəbərə görə, həmin müddətdə platformada sərnişin sıxlığı yaşanıb, hətta 9 dəqiqədən sonra dolu gələn qatara minmək də mümkün olmayıb.

Əməkdaşımızla həmsöhbət olan, adının çəkilməsini istəməyən metropolitenin xanım əməkdaşı bütün bunlarda çalışdığı qurumun rəhbəri Zaur Hüseynovu günahlandırıb. O, pandemiya vaxtı əmək haqlarının kəsildiyini, qurumda 5 nəfərin yerinə 1 nəfərin çalışdırıldığını, alınan yeni qatarların xəttə buraxılmadığını, əməkdaşların 3-5 min manat müqabilində gənc kadr adı ilə işə götürüldüyünü, rəhbər şəxsin öz qohum-əqrabasını İdarə Heyətində müxtəlif vəzifələrə gətirdiyini iddia edib:

“Mən 35 ildir metropolitendə çalışıram. Sədr təyin olunandan Zaur Hüseynovun əməkdaşlarla maraqlandığını, ümumiyyətlə üzünü görməmişik. Allah Tağı Əhmədovun ölənlərinə rəhmət eləsin”. Dördpendirli pizza

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a səhər saatlarında qatarlararası intervalın artdığını təsdiqləyib:

““İçərişəhər” stansiyasında qatarda texniki nasazlıq ehtimalı olub. Bu səbəbdən maşinist qatara baxış keçirib. Qatarda heç bir nasazlıq aşkar olunmadığından, hərəkəti davam etdirib. Bu, ümumilikdə xətdə 3 dəqiqəyədək gecikməyə səbəb olub. Təbii olaraq da bu gecikmə bütün xətlərə təsir edib. Çünki “28 May”da 2 xətt birləşir. Bu, səhər saatlarında intervalın optimal vaxtına düşdüyündən, belə fərq yaranıb”.

Qurum rəsmisi texniki baxışın metropolitenin fəaliyyətə başladığı 06:00-a qədər həyata keçirildiyini deyib:

“Bütün qatarlar xəttə buraxılmazdan əvvəl tam texniki baxışdan keçirilir. Amma hərəkət müddətində də belə xoşagələz halların olması qaçılmazdır, çünki texnikadır”.

Metropoliten rəsmisi xanım əməkdaşın iddiaları ilə bağlı fikirlərin əsassız olduğunu deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    Zaura nə üçün Dövlət tərəfindən nəzarət edilmir? Onun malik olduğu sərvəti niyə vaxtında təftiş etmirlər?
    5 years ago