Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxarıb?

saytların hazırlanması

Evə çatdırılma

Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxarıb?

Sosial

15 İyun 2024 12:14 757


Bir müddət əvvəl Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumda qudalarına yüksək vəzifə verməsi ilə bağlı məlumat yayılmışdı.

“Yeni Sabah” “Qaynarinfo”ya istinadən xəbər verir ki, Zaur Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Şirinov artıq vəzifəsindən istefa verib.

Agentlik sədrinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb. Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib. Sezar pizza

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat xidmətindən cavab almaq mümkün olmayıb.

Qeyd edək ki, Z. Mikayılovun iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verdiyi bildirilirdi.

***

“Qafqazinfo”ya daxil olan məlumata görə, Z.Mikayılovun qudalarından heç biri işdən çıxarılmayıb. Belə ki, agentlik sədrinin bu gün Salyan Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirdiyi görüşün fotolarında Əsəd Şirinov və Fuad Quliyevi görmək mümkündür. Fotolarda Ə.Şirinov daha aydın şəkildə görünsə də, F.Quliyev onun yanında oturduğu üçün o qədər də aydın seçilmir.

Sözügedən görüşdən fotoları təqdim edirik:


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!