Zaur verilişi ilə bağlı açıqlama verdi: Buna məcbur idim - Video

saytların hazırlanması

Evə çatdırılma

Zaur verilişi ilə bağlı açıqlama verdi: Buna məcbur idim - Video

Şou

26 Yanvar 2024 14:04 1237


“ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramı ötən gün yarımçıq dayandırılıb. Verilişin studiyadakı qeyri-etik hərəkətlərə görə dayandırıldığı irəli sürülsə də, bunun aparıcının səhhəti ilə bağlı olduğu məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Zaur Baxşəliyev özü açıqlama verib.  O, təzyiqi yüksək olduğu üçün studiyanı tərk etmək məcburiyyətində qaldığını bildirib:

“Dünən mənə görə narahat olan, dualar edən hər kəsə sonsuz təşəkkür edirəm. Şükür Allaha, yaxşıyam. Hər şey qaydasındadır. Təzyiqim yüksəldiyi üçün verilişin son saatını sizinlə bərabər ola bilmədim. Gördüm ki, efiri dayandırmağa məcburam. pizza mizza

Bu gün yaxşıyam, şükür. Hər kəsə sonsuz təşəkkür edirəm. Sağlamlığınızın qeydinə qalın. Allah qoysa, bu gün saat 15:00-da yenə də sizə “Bizimləsən” deyəcəyik. Allah hamınızı qorusun. Özümə borc bildim burda sizə müraciət edim. Nigaran qalmayın bu gün yaxşıyam, bir az narahatlıq qalıb o da keçər Allahın izni ilə”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!