Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova Paşinyanın türklərlə bağlı çıxışına cavab verdi

Siyasət

02 Noyabr 2025 21:46 3622


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, Teleqram hesabında paylaşım edib.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib. pizza mizza

“Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşdən azad olmalıyıq”, – deyə Paşinyan qeyd edib.

Zaxarova isə KQB-nin (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) yalnız 1954-cü ildə, Osmanlı İmperiyasında “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradıldığını xatırladıb və bu cür ittihamların əsassız olduğunu deyib.

“Osmanlı İmperiyasında “erməni soyqırımı” 1915-ci ildə, KQB-nin yaradılmasından təxminən 40 il əvvəl başlayıb”, – o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!