Zelenski Putinə açıq məktub ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Putinə açıq məktub ünvanladı

Dünya

04 İyun 2026 22:52 305


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazıb.

"Yeni Sabah" xəbər verir ki, məktubda Zelenski Putini müharibəyə son qoymağa və liderlər səviyyəsində birbaşa danışıqlara keçməyə çağırıb.

Zelenski xatırladıb ki, 26 il əvvəl Putin Rusiyanı idarə etməyə başlayanda Ukraynada bir çoxları ona müsbət yanaşırdı. Amma onun sözlərinə görə, bu, artıq keçmişdə qalıb. Dördpendirli pizza

"İndi ukraynalıların mütləq əksəriyyəti uzunmənzilli dronlarımızın 1000 kilometrdən çox məsafəni qət edərək Sankt-Peterburqda forumunuzun açılışında iştirak etməsinə müsbət yanaşır. Bildiyiniz kimi, bu məsafə bizim imkanlarımız daxilindədir", - Zelenski qeyd edib.

O, Putinin 26 illik hakimiyyətinin Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə gündəmi tamamilə dəyişdirdiyini vurğulayaraq, xalqların ticarət müzakirələrindən yalnız zərbələr və itkilərə diqqət yetirməyə keçdiyini söyləyib.

Zelenski qeyd edib ki, Putin bu 26 ilin demək olar ki, yarısını Ukraynaya qarşı müharibə aparmağa sərf edib.

Putinə müraciət edən Zelenski bu müharibənin onun şəxsi seçimi olub və heç bir real səbəbi olmadığını bildirib.

Məktubda o, rusların Ukrayna dron və raketlərini, yanacaq qıtlığını, artan qiymətləri, daimi qadağaları və səfərbərliyin ikinci dalğası planlarını bəyənmədiklərini bildirib.

"Bəli, siz hələ də rusları belə yaşamağa məcbur edə bilərsiniz. Amma resurslarınız xeyli azalır. Rusların sədaqətini bundan sonra da almağa davam etmək üçün pulunuz və ya siyasi gücünüz yoxdur. Dünyanın buna diqqət yetirməsi üçün hər şeyi edəcəyik", - Zelenski əlavə edib.

Ukrayna prezidenti may ayında Ukraynada cəbhədə Rusiya ordusunun itkiləri barədə hesabat aldığını və yenə də 30 mindən çox rus hərbçisinin öldüyünü və ya ağır yaralandığını açıqlayıb.

"Biz bu rəqəmi aylıq izləyirik və hər itkinin video sübutlarına sahibik - bu, əsassız deyil. Bilirik ki, cəbhədəki itkilərinizin 63 faizi ölü, yalnız 37 faizi yaralıdır", - Zelenski qeyd edib.

Ukrayna xalqının da müharibə istəmədiyini vurğulayan Zelenski sözlərinə belə davam edib: "Biz Ukraynada davamlı müharibə istəmirik. Biz çox yaxşı bilirik ki, müharibə olmadan işlər ölçüyəgəlməz dərəcədə yaxşıdır. Biz buna nail olmaq istəyirik. Əminəm ki, rusların əksəriyyəti buna müsbət reaksiya verməyə hazırdır və siz də bunu bilirsiniz"./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!