Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsini açıqladı

Dünya

19 Avqust 2026 22:57 93


Ukraynanın yeni müdafiə nazirinə silah istehsalı və tədarükünü, qoşunların təchizatını və hava hücumundan müdafiəni gücləndirmək tapşırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “RBC-Ukrayna” prezident Volodimir Zelenskinin videomüraciətinə istinadən məlumat yayıb.

Zelenski bildirib ki, yeni müdafiə naziri Yevgeni Xmara Ukraynanın bütün müdafiə sisteminin işini yenidən qurmalıdır. Buraya silah istehsalı və alınması, onların cəbhəyə çatdırılması, eləcə də Rusiya zərbələrindən müdafiənin gücləndirilməsi daxildir. Dominos pizza

Ukrayna Prezidenti hərbçilərin Rusiya hücumlarının qarşısını almaq, cəbhədə mövqeləri qorumaq və aktiv əməliyyatlar keçirmək üçün bütün zəruri vasitələrlə təmin edilməsinin vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!