Zəlzələ bölgəsində Ərdoğana səs verənlər: Aktrisa onların müdafiəsinə qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ bölgəsində Ərdoğana səs verənlər: Aktrisa onların müdafiəsinə qalxdı

Şou

16 May 2023 10:55 829


Tanınmış aktrisa Bergüzar Korel seçki nəticələrindən sonra zəlzələ bölgələrindəki vətəndaşların səs seçimlərinə görə yazılan sərt tənqidi şərhlərə reaksiya verib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan Korel bildirib: "Zəlzələdən sonra yaşamağa çalışan bir çox insan bütün bu yazıları necə oxuyur? Biz kiməsə kömək edib sonra bununla öyünəcək insanlar deyilik".

O əlavə edib: "Zəlzələ bölgələrindən alınan nəticələrlə bağlı yazılanlar elə tənqid edilən zehniyyətin özüdür. Hər şeyini itirmiş insanlar bu yazıları oxuyurlar. İnsanlar ölüb. Yaxınlarını itirib! Bütün bunları oxuyanda sağ qalmağa çalışan bir çox insan nə hiss edir, heç düşünürsünüz? Biz ediyimiz yardımların sonradan hesabını tələb edəcək xalq deyilik”.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsində üstünlük qazanması geniş müzakirələrə səbəb olub. Fevralın 6-da baş vermiş zəlzələdən sonra fəlakət bölgəsində səsvermənin "Millət İttifaqı"nın xeyrinə olacağı ehtimal edilsə də, nəticələrə əsasən, Ərdoğanı önə çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!