“Zəlzələ olacağı barədə təxribat xarakterli şayiələrə inanmayın!“ - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Zəlzələ olacağı barədə təxribat xarakterli şayiələrə inanmayın!“ - Rəsmi açıqlama

Sosial

10 Fevral 2023 17:37 814


"Qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağıına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər". 

Yenisabah.az xəbər verir ki, bu açıqlama ilə Seysmoloji Xidmət Mərkəzi çıxış edib. Qurumun yaydığı məlumatda daha sonra deyilir: 

"Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq. pizza mizza

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.

Yayılan təxribat xarakerli şaiyələrə inanmayın!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!