“Zəlzələ qurbanlarımıza qızlarının cehizini bağışlayan insanlara minnətdarıq”   - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Zəlzələ qurbanlarımıza qızlarının cehizini bağışlayan insanlara minnətdarıq” - Ərdoğan

Maraqlı

15 İyun 2023 11:19 806


“Zəlzələ qurbanlarımıza qızlarının cehizini bağışlayan, bizimlə birlikdə sevinib ağlayan o mərhəmətli insanları həmişə minnətdarlıqla xatırlayacağıq. İlham qardaşımızın mənəvi dəstəyi ürəyimizin başındadır. Biz Azərbaycana səfəri minnətdarlıq ifadəsi kimi qiymətləndiririk”. 

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin toplantısından sonra çıxışı zamanı deyib.

O bildirib ki, can Azərbaycanla əlaqələri iqtisadi və siyasi inteqrasiyanın institusional modelinə çevirmək üçün daha çox çalışacaqlar: “İkitərəfli əlaqələrimizi hər sahədə inkişaf etdirəcək bir çox mühüm qərarlar qəbul etmişik. Biz iki lider olaraq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Biz regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı güclü gözləntilərimizi bir daha təsdiqlədik”. (olke.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!