Bakıdakı məktəblərdən birində zəlzələ anı lentə alınıb.
Yenisabah.az xəbər verir ki, Buzovna qəsəbəsində 206 nömrəli məktəbdə yeraltı təkan zamanı şagirdlər həyətə çıxarılıb.
Azyaşlılar qorxmasın deyə məktəbin həyətində mahnı səsləndirilib, uşaqlar isə rəqs etməyə başlayıb.
Xatırladaq ki, bu gün səhər saat 08:16-da Bakıda 5,6 bal gücündə zəlzələ olub.
Telegram kanalımız