Zəlzələdən sonra yoxlama başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələdən sonra yoxlama başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər

Sosial

04 İyul 2023 08:07 842


“Azərbaycan Dəmir Yolları” QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, 4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib:

“Süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!