Müğənni Zenfira İbrahimova məşhur mağazalardan birinin əməkdaşını döyüb.
İddialara görə, ifaçının idmançı həyat yoldaşı Anar Heydərov idman zalında tanış olduğu Lamiyə adlı xanıma qırmızı rəngdə avtomobil hədiyyə edib.
Məsələdən xəbər tutan Zenfira mağazaya gedərək, qızı döyüb və avtomobili əlindən alıb. Dominos pizza
Hadisəni dəqiqləşdirmək üçün mağaza ilə əlaqə saxladıq. Mağazanın əməkdaşı bildirib ki, sözügedən xanım orada işləsə də, hazırda işdə yoxdur.
Daha sonra Lamiyə xanım əməkdaşımıza zəng edərək bildirib ki, Zenfira İbrahimova ilə heç bir problem yaşamayıb: “Bu məlumatı sizə kim verib? Yalan söhbətdir, mənim Zenfira xanımla nə davam olub, nə də o məni döyüb. Elə bir hadisə yaşanmayıb. Mənə mağazadan deyəndə ki, səni jurnalist axtarır, çaşıb qaldım. Adi qızam, işimi görürəm. Çox zaman da o mağazada olmuram. Mənim Zenfira xanımın ailəsində problem yaradacaq hərəkətim olmayıb”.
Qeyd edək ki, "Qafqazinfo"ya açıqlama verən müğənni hadisənin baş vermədiyini bildirib.
“Belə bir hadisə baş verməyib. Əgər baş veribsə, tanınmış simayam, hansısa bir görüntüm ortaya çıxardı. Dünya ulduzları haqqında da belə xəbərlər yazırlar. Mən öz işimin başındayam, boş söhbətlərdir. 15 illik ailə həyatım var, istəmirəm ki, şəxsi həyatımla bağlı gündəmdə olum. Əgər həmin qız döyülsəydi, hüquqi cəhətdən haqqını tələb edərdi, deyərdi ki, Zenfira xanım mənə əl qaldırıb. Artıq-əskik sözlərdir, düzgün məlumat yaymayaraq camaatı çaş-baş salırlar. Anarın da, mənim də maşınım kreditdədir. Elə imkan yoxdur ki, başqasına maşın hədiyyə edək”.
Müsavat.com
Telegram kanalımız