Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: 1500 erməni işsiz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: 1500 erməni işsiz qaldı

Rəsmi

30 Oktyabr 2021 22:14 1717


Ermənistanın Zəngəzur mahalında “Ajdanak” nəqliyyat-tikinti şirkəti işlərini dayandırıb. Nəticədə 1500 erməni işsiz qalıb.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, şirkət bunun səbəbini hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqələndirir.

Səhər saatlarında Qafan polis idarəsinin əməkdaşları bütün avadanlığın müayinə üçün polis bölməsinə çatdırılmasını tələb ediblər. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Şirkət rəhbərliyi bu tələbi qanunsuz, məntiqsiz və qəbuledilməz adlandırıb.

Ermənistan polisi mövzu ilə bağlı şərh verməyib./Bizimmedia


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!