Zəngilana qayıdan 41 ailə müayinə olundu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Zəngilana qayıdan 41 ailə müayinə olundu - Video

Sosial

15 İyul 2022 15:23 843


İyulun 19-da 41 ailə Zəngilanın Ağalı kəndinə köçürüləcək. Bu məqsədlə həmin ailələr sağlamlıq mərkəzində müayinə olunmağa çağırılıblar. 

30 illik həsrətdən sonra doğma kəndlərinə qayıtmağa sayılı günlər qalan sakinlər ata-baba yurdlarına geri döndükləri üçün sevincli olduqlarını qeyd ediblər.

Müayinə prosesi iki gün ərzində Masazır Ailə Sağlamlıq Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasında davam edəcək. Həm böyüklər, həm də uşaqlar həkim-terapevtlər və pediatrlar tərəfindən müayinə olunduqdan sonra evə buraxılacaqlar. Kiminsə səhhətində problem yaranarsa, o, müalicə olunduqdan sonra doğma yurduna qayıda biləcək. Dominos pizza

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!