“Zəngilanda 200, Qubadlıda 140 hərbçinin dişini təmənnasız müalicə etmişik“

saytların hazırlanması

Evə çatdırılma

“Zəngilanda 200, Qubadlıda 140 hərbçinin dişini təmənnasız müalicə etmişik“

Sosial

04 Mart 2021 17:10 1381


“Şuşadan sonra əsgərlərə stomatoloji xidmət üçün tibb məntəqəmizi Zəngilanın Bartaz kəndində açdıq. Bildirim ki, bizim bu fəaliyyətdən heç bir qazancımız yoxdur, xidmət tam ödənişsiz həyata keçirilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Vətən Müharibəsi dövründə Ağcabədi Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə rəhbərlik etmiş həkim Əkbər Məmmədov deyib. Stomatoloq Yeni il ərəfəsində Şuşadakı məntəqənin bir müddət fəaliyyətinin dayandırılmasından da söz açıb:

“Lakin artıq 20 gün olar ki, bizim açdığımız yerə başqa həkimlər gedib, onlar lazımi şəkildə fəaliyyət göstərirlər. Mən isə artıq Şuşaya gedib-gəlmirəm. Bartazla yanaşı Qubadlının Xanlıq kəndində də tibb məntəqəsi açmışıq. Bu gün isə Qubadlının Qazyan kəndindəki hospitalın açılışı olub. Bütün bu ərazilərdə bizim həkimlər fəaliyyət göstərir, ağsaqqal kimi də mən gedib baş çəkirəm”. Marqarita pizza

Həmsöhbətimiz qeyd edib ki, perspektivdə Laçında da tibb məntəqəsi açmaq gözlənilir:

“Özüm Qubadlıdan 2 gün əvvəl gəlmişəm. Bəzi lazımli işlər üçün gedirəm, klinika tam fəaliyyətə başlayanda isə Bakıya gəlirəm. Bartazda dişini müalicə etdiyimiz hərbçilərin sayı 200-ü keçib. Hazırda hərbçilər az olduğuna və diş problemi görmədiyimizə görə Bartazdakı fəaliyyəti müvəqqəti dayandırmışıq. Lakin məntəqəmiz bütün avadanlıqları ilə yerindədir. Bütövlükdə Qubadlıda isə sonuncu dəfə mən baxanda 140 hərbçi müalicə edilmişdi.

Bizə fəaliyyətimizi göstərmək üçün Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və Tibb İdarəsinin rəisi Kənan Yusifzadə şərait yaradıb. Buna görə onlara xüsusi təşəkkür edirik. Onlar bizimlə mütəmadi olaraq əlaqə saxlayırlar. Bununla yanaşı, Vüqar Qurbanov, Hüseyn Hüseynzadə, Azər İsmayılov, Babək, Nicat, Elnur doktor bu işdə tam könüllü fəaliyyət göstərib. Onlar həm də avadanlıq baxımından bizə kömək ediblər. Həmçinin stomatoloji məhsul satan şirkətlər də bu işləri həyata keçirməyimizdə dəstək olub”.

Həkim Ağcabədi Rayon Mərkəzi Xəstəxanasındakı xoş xatirəsini də diqqətə çatdırıb:

“Biz orada fəaliyyət göstərəndə Rüstəm adlı bir qazimiz vardı, müalicə alırdı, elə orada tibb bacısı Esmira xanımla tanış oldular və hazırda ailə həyatı qurublar. Lakin pandemiyaya görə hələ toyları olmayıb”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!