Zərdab rayonunda yaşadığı evdə dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: pizza
"Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir".
Qeyd edək ki,
hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Aytac Əliyeva
Telegram kanalımız