Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.
"Yeni Sabah" xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Rəşidli Zeynal Elşad oğlu Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib.
Zeynal Rəşidli 24 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olub. O, 2014-cü ildə Bakı şəhəri, Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. pizza
Ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb və bakalavr səviyyəsini fərqlənmə ilə başa vurub. Daha sonra ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə həyata keçirdiyi “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom magistr proqramını uğurla tamamlayıb.
2019–2024-cü illər ərzində bir sıra dövlət və özəl qurumlarda müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin avqust ayından etibarən Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib. Eyni zamanda, hazırda Mingəçevir Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin 14 may 2026-cı il tarixli əmrinə əsasən Ağdaş şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Ailəlidir, bir övladı var.
Aytac Əliyeva
Telegram kanalımız