Zibilləri kənar yerlərə atanlar 50 manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Zibilləri kənar yerlərə atanlar 50 manat cərimələndi

Sosial

23 Yanvar 2022 12:10 827


Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Keçirilən tədbirlər zamanı bəzi şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi halları aşkarlanıb. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub. pizza sifarişi

Onların hər birinə 50 manat məbləğində cərimə tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!