Zirvədən boylanan igid - şəhid Yolçu Babazadə...

saytların hazırlanması

Evə çatdırılma

Zirvədən boylanan igid - şəhid Yolçu Babazadə...

Sosial

18 İyul 2024 16:12 584


Şəhidlik ən uca zirvədir. O qədər ucadır ki, bu zirvəyə yalnız sevdiklərini, yaxın-doğmalarını geridə qoyub, bir an belə düşünmədən sinəsini vətən üçün düşmənə sipər edənlər qalxa bilir. 

Vətən insana ən az ana qədər əzizdir. Məhz buna görə də, gözümüzü açdığımız andan etibarən ana və vətən sözlərini bir-birindən ayırmırıq. Ana ocağından müstəqil həyata qədəm qoyan igidlərimizin də ilk işi vətəni qorumağa yollanmaq olur. 

Gözünü belə qırpmadan düşmənə çəpər olan oğullar bəzən ilk müstəqil addımlarını atdıqları yaşda ən şərəfli məqama, şəhidlik zirvəsinə qədəm qoyurlar. Bəlkə də buna görə, müqəddəsdir şəhidlər...  Marqarita pizza

Müqəddəslik dərgahına yüksələn igidlərimizdən biri də şəhid Yolçu Bəhruz oğlu Babazadədir. 2002-ci ilin 20 yanvar tarixində dünyaya göz açan şəhidimizin elə doğulduğu gündən alnına müqəddəslik yazılıb.

Yolçu Bəhruz oğlu Babazadə Şəki rayonunun Qozlubulaq kəndində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan Yolçu Babazadə 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşüb. 

Yolçu Babazadə 5 oktyabr 2020-ci ildə gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. 

Rahat uyu igid!  Uğrunda canını fəda etdiyin torpaqlar indi azaddır. 

Ruhun şad olsun! 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!