Xalq artisti Brilliant Dadaşova Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında Afaq Bəşirqızının fotosunu yayımlayan sənətçi baş verənlərin xalqımıza qarşı informasiya müharibəsi olduğunu iddia edib: “Deməli, xalqımıza qarşı yönəlmiş informasiya müharibəsi sürətlə davam edir. Susdurun! Ziyalıları, yazıçıları, şairləri, sevilən aktyorları, hamını susdurun! Susdurun o informasiya müharibəsini, gözdənsalma kampaniyasını aparanlar – höküməti, millət vəkillərini, ziyalıları, tanınmış və sevilən insanlarl təhqir edib, hər sözdən bir qənbərqulu çıxarıb situasiyanı istədikləri istiqamətə yönəldirlər. Xalqın da inkişafın ən aşağı pilləsində dayanan nümayəndələri özləri də bilmədən özlərini baltalayırlar”.
Qeyd edək ki, A.Bəşirqızı canlı efirdə E.Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə səsləndirib. Bu zaman onun söylədiyi söyüş efirdə səslənib. Sosial şəbəkələrdə yayılan həmin kadrlar izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Onlar A.Bəşirqızının dediyi xoşagəlməz sözlərin incəsənət adamına yaraşmadığını və yolverilməz olduğunu bildiriblər. pizza
Telegram kanalımız