Zorakılığa məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

Zorakılığa məruz qalan 20 kişi Dövlət Komitəsinə müraciət edib

Sosial

22 Fevral 2023 12:14 700


2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 544 müraciət daxil olub. 

"Report" xəbər verir ki, bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib. 

O bildirib ki, müraciət edən şəxslərin 20-si kişilər, 475-i qadınlar olub:  Dominos pizza

"Müraciətlərin 81-i uşaqlarla bağlı olub. Eyni zamanda ötən il 6 ahıl şəxs və 2 cinsi azlıq ailələrində onlara qarşı olan zorakılıqla bağlı bizə müraciət edib. Müraciətlərin 409-u psixoloji, 304-ü fiziki, 5-i cinsi zorakılıqla bağlı olub. Müraciət edənlərdən 301-i əri, 146-sı keçmiş əri, 67-si isə digər qohumları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!