Zorla ərə verilən 16 yaşlı qızın ailəsi danışdı: “Oğlanın anası xəstə olduğu üçün...”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Zorla ərə verilən 16 yaşlı qızın ailəsi danışdı: “Oğlanın anası xəstə olduğu üçün...” - Video

Sosial

05 Oktyabr 2022 17:06 1187


Sabirabad rayonunun Qaraağacı kəndində 16 yaşlı qızın 40 yaşlı kişiyə zorla ərə verilməsi ilə bağlı xəbər ölkə gündəmini zəbt etdi.

Yenisabah.az xəbər verir ki, Space TV-də Amil Xəlilin aparıcısı olduğu “Gəl, danış” verilişində sözügedən ailə ilə bağlı iddialara cavab verilib.

Belə ki, efirdə sözügedən ailə ilə canlı bağlantı yaradan aparıcı bu ittihamların yanlış olduğunu bildirib. Verilişində adı çəkilən qızın atası, doğmaları açıqlama verib. Dominos pizza

Canlı yayımda baş verənlərə aydınlıq gətirən ailə deyilənlərin həqiqət olmadığını vurğulayıb:

“Düzdür, toy etmək istəyirik, amma oğlan 1996-cı il təvəllüddür. Qızımın da 17 yaşı olacaq. Qayınanası xəstə olduğu üçün toyu tez etmək istədik. Amma indi gözləyərik 18 yaşı olsun sonra toy edək”.  

Ailə bu söz-söhbətin haradan çıxdığından isə xəbərsizdir. 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!