"Dream Fest"in qırmızı xalısında bu il ən çox müzakirə olunan obrazlardan biri Zülfiyyə Xanbabayevaya məxsusdur.
"Yeni Sabah" xəbər verir ki, Xalq artisti ənənəvi ziyafət libası əvəzinə, cəsarətli və fərqli geyim seçimi ilə gecəyə damğa vurub.
O, festivala qara kostyum və ağ rəngli, lələk detalları ilə tamamlanan libasda qatılıb. pizza
Z.Xanbabayeva obrazını qara eynək və klassik qalstukla tamamlayaraq həm zərif, həm də modern üslub nümayiş etdirib. Onun fərqli görünüşü qırmızı xalıda fotoqrafların və tədbir iştirakçılarının diqqətini cəlb edən obrazlardan biri olub.
Əsmətxanım Rzazadə
Telegram kanalımız