Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edib.
“Yeni Sabah”ın xəbərinə görə, o, sosial şəbəkə hesabında yazıb ki, hökumət başçısının son bəyanatını müsbət qiymətləndirir.
“Əlbəttə ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması müsbət qiymətləndirilməlidir, lakin bu yolun qanuni sahibi artıq Amerika-Ermənistan konsorsiumudur. Onlarla Azərbaycan vətəndaşlarının və yüklərinin tranziti üçün xüsusi şərtləri tənzimləyən müqavilə bağlanmalıdır”, - sabiq nazir bildirib. pizza hut
Qeyd edək ki, yanvarın 13-də Vaşinqtonda ABŞ-nin dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Onlar “Tramp Marşrutu”nun icrası üzrə birgə bəyannaməni təsdiqləyiblər.
N.Paşinyan TRIPP-in (Zəngəzur dəhlizi) icrası üzrə çərçivə sənədini sülh prosesinin daha bir əsas sənədi kimi qiymətləndirib.
O bildirib ki, adıçəkilən sənəd 2025-ci il 8 avqust tarixli bəyanatdan sonra növbəti vacib addımdır.
Baş nazir əlavə edib ki, TRIPP çərçivəsində əldə olunmuş razılaşmalar mümkün qədər tez bir zamanda de-yure müqavilələr şəklində təsdiqlənməlidir: “Biz müqavilə layihələri və zəruri hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə, Ermənistan Respublikasında TRIPP adında bir şirkət yaradılmalıdır. Həmçinin marşrutlar, tikinti hüquqları, torpaqdan istifadə və tikinti icazələrinin müəyyən edilməsi vacibdir”.
Telegram kanalımız