Audiovizual Şuranın ATV kanalına xəbərdarlıq etməsinə səbəb olan olayın təfərrüatları üzə çıxıb.
“Yeni Sabah”ın xəbərinə görə, Zümdür Bədəlova aparıcısı olduğu “Gün Ortası” verlişinə türkiyəli təlimçi (yaşam koçu) Bilal Cantürkü dəvət edib.
Həmin verilişə B.Cantürklə birlikdə meyxanaçı Orxan Lökbatanlı, müğənnilər Əbdül Xalid və İlkin Fuad da qonaq qismində qatılıb. Marqarita pizza
B.Cantürk iddia edir ki, o, “enerji ötürmə” üsulu ilə travmaları sağaldır, yuxusuzluğu aradan qaldırır, psixoloji gərginliyi azaldır və s.
Türkiyəli qonaq öz metodunu efirdə aparıcı Z.Bədəlovanın üzərində sınamaq qərarına gəlir. B.Cantürk aparıcını efirdə yuxuya verməyə çalışıb. O, Zümrüdə bildirib ki, bütün mənfiliklərdən xilas olacaq. Efirdə qonaq olan Orxan Lökbatanlı və İlkin Fuad da proses zamanı biri-birlərinə nəsə deyərək gülməyə başlayıblar.
Aradan bir müddət keçsə də Zümrüd ayağa qalxa bilmədiyini deyib. Ayılandan sonra aparıcı bildirib ki, dərin yuxuya getməsə də sakitlik tapıb, daxilən rahatlaşıb.
Orxan Lökbatanlı isə aparıcını ayağa qaldıraraq deyib: “Zümrüd, özünü ələ al, verilişə qayıt.”.
Həmin videonu təqdim edirik:
Aydan Hacı
Telegram kanalımız