Müğənni Elvin Mirzəzadə ilə aparıcı Zümrüd Bədəlova arasında gərginlik yaşanıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, “Gün ortası” verilişinin aparıcısı müğənnidən dağılan ailəsi ilə bağlı sual ünvanlayıb. Bu, müğənnin xoşuna gəlməyib.
Z.Bədəlova bildirib: “Elvin küsdü məndən”. Elvin isə cavab olaraq deyib: “Başa düşmədim ki, mövzu hit musiqidən necə hərlənib, fırlanıb, şəxsi həyata keçdi. Zümrüd sən elə danışırsan ki, elə bil haqqımda faciəli və dəhşətli söhbətlər gəzir. Başına dönüm Zümrüd, sənə bir dost kimi hörmətim sonsuz, xətrin əzizdir. Açdığınız bu mövzu yaxşı deyil”. Sezar pizza
Müğənni çıxışını bitirdikdən sonra ayağa qalxaraq studiyanı tərk edib.
Telegram kanalımız