TƏBİB Sabirabadda 1 yaşlı körpənin ölümünə aydınlıq gətirib.
Yenisabah.az xəbər verir ki, qurumun məlumatında qeyd olunur:
2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Sezar pizza
Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib".
TƏBİB-dən o da bildirilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni digər peyvəndlərdən imtina ərizəsi yazıb.
Telegram kanalımız