Bakıya yağış, bu ərazilərə QAR YAĞACAQ - Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bakıya yağış, bu ərazilərə QAR YAĞACAQ - Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Sosial

29 Noyabr 2026 18:31 125


Milli Hidrometeorologiya Xidməti gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

"Yeni Sabah" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı ilə bağlı xatırlatma edilib.

Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Onlayn mağaza

Bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Həmçinin bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuq artacaq, bəzi dağ çaylarından qısamüddətli sel keçəcək, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!