10 dəqiqə keçdisə, qapı özü açılacaq - Bu tualetlərdə yeni qayda

saytların hazırlanması

Evə çatdırılma

10 dəqiqə keçdisə, qapı özü açılacaq - Bu tualetlərdə yeni qayda

Maraqlı

18 Sentyabr 2026 16:11 90


ABŞ-nin Nyu-York şəhərində ictimai tualetlərdən istifadə ilə bağlı yeni qayda tətbiq olunacaq. Burada vaxtı çox uzadan şəxslər üçün gözlənilməz sistem hazırlanıb.

“Yeni Sabah” xəbər verir ki, şəhərdə ictimai yerlərdə istifadə üçün 17 yeni modul tualetin quraşdırılmasına başlanılıb. Nyu-York meri Zohran Mamdaninin açıqladığı layihə çərçivəsində hazırlanacaq tualetlər insanların sıx olduğu meydan və ərazilərdə pulsuz istifadəyə veriləcək.

Yeni tualetlərdə istifadə müddəti 10 dəqiqə ilə məhdudlaşdırılacaq. Vaxtın başa çatmasına az qalmış istifadəçiyə xəbərdarlıqlar ediləcək. Bununla yanaşı, işıqlı xəbərdarlıq sistemi də fəaliyyət göstərəcək. 10 dəqiqə tamam olduqdan sonra isə tualetin qapısı avtomatik açılacaq. Dördpendirli pizza

Yeni qurğularda su ilə işləyən əlüzyuyan, suyu buraxılan tualet, havalandırma və temperaturun tənzimlənməsi sistemi, eləcə də körpələr üçün qulluq bölməsi olacaq. Tualetlər daşına bilən şəkildə hazırlanacaq. Buna görə də ehtiyac yarandıqda başqa əraziyə köçürülə və ya tamamilə götürülə biləcək.

Bundan başqa, qurğularda toxunmadan istifadə imkanları və musiqi sistemi də nəzərdə tutulub. Mamdani layihəni təqdim edərkən tualetlərin uzun müddət vaxt keçirmək üçün nəzərdə tutulmadığını bildirib.

“Bura telefonla oynamaq üçün yer deyil”, - deyə mer qeyd edib.

Layihənin bir il müddətində sınaqdan keçirilməsi planlaşdırılır. İlk mərhələdə Bronx, Bruklin, Kuins, Manhetten və Staten-Aylend ərazilərində ümumilikdə 17 belə tualet quraşdırılacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!