1996-cı ildə vəfat edən bolqar görücü Vanqanın 2027-ci il üçün proqnozlrda Vladimir Putinin hakimiyyətdən gedəcəyi, qızılın bahalaşacağı və dünyada naməlum xəstəliyin yayılacağı iddia olunur.
“Yeni Sabah” International Business Times-a istinadla xəbər verir ki, Rusiya Prezidentinə dair hər hansı etibarlı qeyd yoxdur.
Putini kimin əvəz edəcəyi barədə də məlumat verilməyib. İnternetdən sifariş
İddialara əsasən, 2027-ci ildə dünyada nağd pul çatışmazlığı yaşana bilər. Belə bir vəziyyətdə investorların pullarını qorumaq üçün qızıla üz tutacağı irəli sürülür. Qızılın qiyməti 25-40% arasında artacaq.
Vanqaya aid edilən digər proqnozda isə 2027-ci ildə mənşəyi məlum olmayan bir xəstəliyin ortaya çıxacağına dairdir. İddiaya görə, bu xəstəlik bəzi insanlarda qeyri-adi qabiliyyətlərin yaranmasına səbəb ola bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız