“10 yaşımdan sonra məktəbə getmədim”  - Röya
03 İyl 2020 12:12
1411

“10 yaşımdan sonra məktəbə getmədim” - Röya

Xalq artisti Röya Ayxan yeni açıqlamaları ilə diqqəti öz üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, "Tap-a-tap" layihəsinin qonağı olan müğənni orta məktəb illərindən danışıb. O, yaxşı şagird olmadığını etiraf edib: "1998-ci ildə məktəbi bitirmişəm. Oxuyan uşaq olmamışam. Mahnı oxuyub qiymət alırdım. "W-trio"da oxuyurdum, çox məşhur idim.

10 yaşımdan sonra məktəbə getmirdim. Qardaşlarım oldu, iki bacı onlara baxırdıq. Məktəbdə benzin iyini sevirdim. Hər zaman istəyirdim ki, axıra qalım və oraları benzinlə silim.

Xəyyamla davalarım yadımda qalıb. Bir-iki oğlan sevirdim, onların üstündə Xəyyamla qırğın edirdim. Hər zaman böyük siniflərin uşaqları ilə dostluq etməyi xoşlayırdım".

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər