Türkiyəli məşhur müğənni Yavuz Bingöl xəstəxanadan evə buraxılıb.
"Yeni Sabah" Publika.az-a istinadən xəbər verir ki, sənətçi öd kisəsində aşkarlanan daş səbəbindən 12 gün xəstəxanada müalicə alıb.
62 yaşlı məşhur ifaçının əməliyyat olunması planlaşdırılsa da, analizlər zamanı infeksiya göstəricilərinin yüksək olması səbəbindən ödə müdaxilə təxirə salınmışdı. Həkimlər əməliyyat üçün infeksiya göstəricilərinin aşağı düşməsini gözləyirdilər. Online shopping Azərbaycan
Yavuzun həyat yoldaşı Nilşah Ağaoğlu artıq sosial şəbəkə hesabında paylaşım edərək sənətçinin xəstəxanadan evə buraxıldığını bildirib.
Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub.
Telegram kanalımız