11 ölkənin təmsil olunduğu bankın illik toplantısı Bakıda baş tutacaq

saytların hazırlanması

Evə çatdırılma

11 ölkənin təmsil olunduğu bankın illik toplantısı Bakıda baş tutacaq

İqtisadiyyat

29 İyun 2026 13:43 67


Bakıda Azərbaycanın sədrliyi ilə 1-2 iyul tarixində Qara dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, toplantıda Bankın fəaliyyətinin nəticələri qiymətləndiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin qurumun gələcək strategiyası və institusional inkişaf prioritetləri müzakirə ediləcək. Tədbir çərçivəsində iki tərəfli (B2B) görüşlər keçiriləcək. Eyni zamanda plenar sesialar, işgüzar müzakirələrin olması da nəzərdə tutulur.

Qeyd edək ki, QBTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını 11 dövlətin (Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Moldova, Gürcüstan, Türkiyə, Ruminiya, Rusiya Federasiyası, Ukranya, Yunanıstan) maliyyə institudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) üzv ölkələrdə davamlı iqtisadi artımı və regional əməkdaşlığı özündə birləşdirir. Qurum dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kredit xətlərinin ayrılması, investisiya və zəmanətlərin verilməsi, eləcə də ticarətin maliyyələşdirilməsi istiqamətində fəaliyyət göstərir. Dördpendirli pizza

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!