Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Güləbird kənd yaşayış məntəqəsində yeni təhsil və məktəbəqədər təhsil müəssisələrinin inşası planlaşdırılır.
“Yeni Sabah” xəbər verir ki, layihə çərçivəsində 432 şagird-yerlik məktəb binasının və 80 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur. Tikinti işlərinin ehtimal olunan qiyməti 8 milyon 925 min 973 manat təşkil edir.
Qeyd edək ki, yeni infrastrukturun yaradılması bölgədə sosial mühitin gücləndirilməsinə və sakinlərin təhsil imkanlarının genişləndirilməsinə xidmət edəcək. Sərfəli qiymətə məhsullar
Cəlalə Cəlalqızı
Telegram kanalımız