1180 canlı qüvvə, 79 it - Aİ-dən Türkiyəyə dəstək

saytların hazırlanması

Evə çatdırılma

1180 canlı qüvvə, 79 it - Aİ-dən Türkiyəyə dəstək

Dünya

09 Fevral 2023 10:39 693


Avropa İttifaqı (Aİ) bu ölkələrdə baş verən dağıdıcı zəlzələlərdən sonra Türkiyə və Suriyaya təcili yardım olaraq 6,5 milyon avro göndərmək niyyətindədir. 

Yenisabah.az xəbərt verir ki, Avropa Komissiyası Suriyaya 3,5 milyon avroluq təcili humanitar yardımın ilkin olaraq göstərildiyini açıqlayıb. Bundan əlavə, Türkiyəyə də 3 milyon avro məbləğində analoji maddi dəstək göndəriləcək.

Xatırladaq ki, Avropa Birliyi indiyədək Türkiyəyə 30 xilasetmə qrupu göndərib və onların sayı 1.180-ə çatıb. Bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirilən brifinqdə bildirib. Toyuqlu pizza

“Bu günə kimi 19 Aİ ölkəsindən, həmçinin Monteneqro və Albaniyadan 30-dan çox xilasetmə qrupu və tibbi qruplar göndərmişik. Onların ümumi sayı 1.180 nəfər olub, qruplara 79 axtarış iti də daxildir”, - deyə rəsmi bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!