Sular çəkildi, 2020-ci ildə batmış kənd üzə çıxdı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Sular çəkildi, 2020-ci ildə batmış kənd üzə çıxdı - FOTOLAR

Dünya

29 Noyabr 2026 14:39 57


Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundakı “Karakurt” SES su anbarında suyun səviyyəsinin enməsi nəticəsində əvvəllər su altında qalmış Karakurt kəndi yenidən üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, rayondan 28 kilometr məsafədə Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilmiş “Karakurt” SES su anbarı 2020-ci il fevralın 8-də su toplamağa başladıqdan sonra kənd tamamilə su altında qalmışdı.

Son günlər suyun səviyyəsinin azalması və bənd qapılarının qismən açılması ilə sular çəkildikcə kənddəki evlər, məscid, kilsə və bəzi tarixi tikililər görünməyə başlayıb. Onlayn mağaza

Qars–Ərzurum avtomobil yolunun üzərində yerləşən kənddə üzə çıxan binalar dronla lentə alınıb./Qafqazinfo

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!