Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

12 yaşa qədər uşaqların peyvəndi haqda açıqlama
21 Okt 2021 07:55
704

12 yaşa qədər uşaqların peyvəndi haqda açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru doktor Hans Klyuge Portuqaliyaya səfəri zamanı etiraf edib ki, 12 yaşa qədər uşaqların COVID-19 əleyhinə peyvənd edilməsi ilə bağlı qərarın verilməsi bir müddət çəkə bilər.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, doktor Hans Klyuge hazırda bəzi klinik sınaqların aparıldığını, lakin sübutların hələ də kifayət qədər inandırıcı olmadığını qeyd edib. Doktor bu mərhələdə bütün Avropa regionunda yetkin əhalinin vaksinasiya ilə əhatə dairəsinin artırılmasının prioritet olduğunu bildirib. İkincisi, yaşlılara və immuniteti zəif olan insanlara buster dozasını tətbiq etmək lazımdır. Üçüncüsü, məktəblərin açıq qalması çox vacib olduğu üçün 12 yaşdan yuxarı yeniyetmələrin peyvənd olunması lazımdır.

ÜST-nin regional direktoru hesab edir ki, gələn il planet COVID-19-dan deyil, pandemiyadan azad olacaq. Başqa sözlə, qrip kimi COVID-19 ilə yaşamağı öyrənməliyik. Hazırda pandemiyadan qurtarmaq üçün 60 milyard dozaya ehtiyac var.

Hans Klyugenin sözlərinə görə, mümkün ssenarilərdən biri COVID-19 əleyhinə vaksinin vaksinasiya planlarının bir hissəsi olması və immuniteti təmin etmək üçün ildə bir dəfə tətbiq ediləcəyindən ibarətdir. "Biz hələ bilmirik, sübutları araşdırmalıyıq, lakin bu, ən çox ehtimal olunan ssenarilərdən biridir", - deyə ÜST-nin regional direktoru vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər