Bədəniniz SOS siqnalı verir –   Bu əlamətlərə laqeyd qalmayın!

saytların hazırlanması

Evə çatdırılma

Bədəniniz SOS siqnalı verir – Bu əlamətlərə laqeyd qalmayın!

Sağlamlıq

25 Noyabr 2026 16:43 180


Payız aylarında immun sisteminin zəifləməməsi üçün vitamin və mineral balansına diqqət yetirmək, yuxu rejimini qorumaq və xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir.

Terapevt Rasif Bağırov “Yeni Sabah”a açıqlamasında bildirib ki, payız mövsümündə orqanizmin möhkəm qalması üçün ilk növbədə hansı vitamin və mineralların çatışmadığını müəyyənləşdirmək lazımdır.

Onun sözlərinə görə, bunun üçün müayinələrdən keçmək, orqanizmdə çatışmayan vitamin və mineralları müəyyən edərək həmin çatışmazlığı aradan qaldırmaq lazımdır. İnternetdən sifariş

Həkim qeyd edib ki, həddindən artıq yorğunluq, yuxusuzluq və uzun müddət soyuq şəraitdə qalmaq da immun sistemini zəiflədən amillərdəndir. Bu cür halların qarşısını almaq üçün gündəlik həyat şəraitini düzgün qurmaq və immun sisteminə mənfi təsir göstərən amillərdən uzaq durmaq lazımdır.

R.Bağırov xroniki xəstəlikləri olan şəxslərin də diqqətli olmasının vacibliyini vurğulayıb. O bildirib ki, belə insanlar xəstəliklərinin aktivləşməməsi üçün müalicələrini davam etdirməli və həkim tərəfindən təyin olunan dərmanları qəbul etməlidirlər.

Terapevtin sözlərinə görə, sadalanan məqamlara əməl etmək immun sisteminin zəifləməsinin qarşısını almağa kömək edə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!