Avropanın ən uzun dayanacaqsız qatar xətlərindən biri açılır. 1300 kilometrdən çox uzunluğu olan xəttin biletləri 10 avrodan başlayaraq satışa çıxarılacaq.
"Yeni Sabah" Musavat.com-a istinadən xəbər verir ki, Praqada yerləşən özəl beynəlxalq qatar və avtobus operatoru olan “Leo Ekspress” Mərkəzi və Şərqi Avropanı birləşdirən nəhəng dəmir yolu layihəsinə başlayır. Şirkət 25 iyun tarixindən etibarən Almaniya, Çexiya və Polşanın əsas şəhər mərkəzlərini Ukrayna sərhədinə qədər dayanacaqsız xətt ilə birləşdirən yeni qatar xidmətlərini istifadəyə verəcəyini açıqlayıb.
Ukrayna sərhədindəki Polşa şəhəri olan Pşemışldan yola düşən qatar Krakov, Ostrava, Praqa, Drezden, Leypsiq və Erfurtdan keçərək Frankfurt-Mayn şəhər mərkəzinə və Frankfurt hava limanına çatacaq. Hər istiqamətdə gündə bir qatar xidməti ilə planlaşdırılan bu xətt sərnişinlərə Avropanın bir ucundan digər ucuna tək bir qatarla səyahət etməyə imkan verəcək. Marqarita pizza
“Leo Ekspress” şirkətinin baş direktoru Peter Köler yeni xətt haqqında şərh verərək layihənin simvolik və strateji əhəmiyyətini vurğulayıb:
“Yeni xətt ilə Qərbi və Şərqi Avropa arasındakı dəmir pərdələri aradan qaldırırıq, mühüm Avropa mərkəzlərini birləşdirir və Ukraynaya çıxış təmin edirik".
Bildirilib ki, sərnişinlər səyahətləri boyunca pulsuz vay-fay, cihazlar üçün doldurma stansiyaları, geniş çeşiddə yemək və içkilər və fasiləsiz kondisioner kimi standart imkanlardan yararlanacaqlar.
Telegram kanalımız