SEPAH daha iki neft tankerinin Hörmüzdə minaya düşdüyünü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

SEPAH daha iki neft tankerinin Hörmüzdə minaya düşdüyünü açıqladı

Dünya

29 Noyabr 2026 16:58 64


Hörmüz boğazında mina ilə toqquşan iki neft tankerində partlayış baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"Səhər saatlarında dəniz qaydalarına və xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının qanunsuz və saxta cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minaları ilə toqquşma nəticəsində partlayıb və güclü yanğın baş verib", - məlumatda bildirilib. Onlayn mağaza

Qeyd olunub ki, partlayan gəmilərdən birinin - supertankerin göyərtəsində iki milyon bareldən çox xam neft olub.

Daha əvvəl Hörmüz boğazının şərqində neft tankerinin minaya düşdüyü barədə məlumat verilmişdi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!