15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq -   SABAHIN HAVASI

saytların hazırlanması

Evə çatdırılma

15 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Sosial

09 Noyabr 2026 12:27 48


Azərbaycanda noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 millimetr civə sütunu, nisbi rütubət isə 60-70 faiz təşkil edəcək. Dominos pizza

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!